MilliTaksi

Milli Taksi · Bakı

Yükdaşıma Bakıda: yük maşınını tətbiqdən çağırın

Divan, soyuducu, mebel, tikinti materialı və ya köç: ağır şeyləri maşınla daşıyan tanış axtarmağa ehtiyac yoxdur. «Milli» tətbiqindəki Yükdaşıma tarifi ilə Bakıda 3 tona qədər yükü daşıyan avtomobil çağıra bilərsiniz. Haradan və haraya olduğunu, yükün çəkisini və nə olduğunu yazırsınız, sifariş sürücülərə gedir.

Hansı yüklər üçün

Yükdaşıma tarifi evdən-evə köç, mebel və məişət texnikası, tikinti və təmir materialları, mağaza və anbar malları, kiçik biznesin gündəlik daşımaları üçün uyğundur. Yükün çəkisi 3000 kq-dan çox olmamalıdır. Sürücünün avtomobilinin yük götürmə qabiliyyətini əməkdaş əvvəlcədən yoxlayıb təsdiqləyir, sifariş isə yalnız yükünüzü götürə bilən avtomobilə təklif olunur.

Necə sifariş etmək olar

  1. «Milli» tətbiqini Play Market və ya App Store-dan yükləyin.
  2. Tarif siyahısından «Yükdaşıma» seçin.
  3. Haradan və haraya nöqtələrini göstərin.
  4. «Yükün çəkisi, kq» və «Yükün təsviri» xanalarını doldurun: çəki 0-dan çox, 3000 kq-a qədər olmalıdır, təsvir qısa yazılır.
  5. Sürücü təyin olunanda adı, avtomobili və dövlət nişanı tətbiqdə görünür, ona çatda yaza və ya zəng edə bilərsiniz.

Sifarişdən əvvəl nəyi bilmək lazımdır

Çəkini və yükün nə olduğunu düzgün yazın: sürücü avtomobilin buna uyğun olub-olmadığını bilməlidir. Yükləmə və boşaltma yerində sürücü ilə çatda razılaşın. Sifarişin nə qədər tez qəbul olunacağı həmin an xəttdə olan və bu xidmətə icazəsi olan sürücülərin sayından asılıdır, buna görə vaxt məhdud olanda sifarişi əvvəlcədən verin. Xidmət Bakı və Sumqayıtda mövcuddur.

Yük maşınınız var və bununla işləmək istəyirsiniz? Sürücü kimi qoşulun: «Milli Sürücü» tətbiqində «Yükdaşıma» fəaliyyət növünü seçin.

Tez-tez verilən suallar

Bakıda yük maşını necə çağırım?

«Milli» tətbiqində «Yükdaşıma» tarifini seçin, haradan və haraya olduğunu göstərin, yükün çəkisini və təsvirini yazıb sifarişi göndərin.

Maksimum nə qədər yük daşımaq olar?

Yükdaşıma tarifində yükün çəkisi 3 tona (3000 kq) qədər ola bilər.

Yükün çəkisini və təsvirini yazmaq məcburidir?

Bəli. Çəki və qısa təsvir olmadan sifariş göndərilmir, çünki sürücü avtomobilin yükünüzə uyğun olduğunu bilməlidir.

Yük maşını tez gəlirmi?

Bu, həmin an xəttdə olan sürücülərdən asılıdır. Tez gəlməsini vəd etmirik; vaxt məhdud olanda əvvəlcədən sifariş verin.

Yükdaşıma sürücüsü kimi işləmək istəyirəm.

«Milli Sürücü» tətbiqində qeydiyyatdan keçin, «Yükdaşıma» fəaliyyət növünü seçin və avtomobil məlumatlarını göstərin. Avtomobilin yük götürmə qabiliyyətini əməkdaş təsdiqləyir.