MilliTaksi
MilliSürücü

Milli Sürücü · Bakı, Sumqayıt

Sürücü üçün tez-tez verilən suallar

Milli-də sürücü kimi işləmək istəyənlərin ən çox verdiyi suallar və qısa cavablar. Tətbiqdəki şərtlər əsasdır.

Suallar və cavablar

Milli-də sürücü olmaq üçün hansı sənədlər lazımdır?

Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu (ön və arxa), avtomobilin öndən şəkli və sürücünün şəkli. Taksi tarifi üçün əlavə olaraq Sertifikat, Buraxılış kartı və Fərqlənmə nişanı.

Komissiya nə qədərdir?

Komissiya 10 %-dir.

Balansı necə artırım?

Tətbiqdə «WhatsApp ilə balansı artır» düyməsi şirkətə hazır mesaj açır; mesajı özünüz göndərirsiniz. Minimum məbləğ 2 ₼-dır, balans təsdiqdən sonra artırılır.

Balans nə vaxt sifariş gəlməyi dayandırır?

Komissiyadan sonra balans −1 ₼-dan aşağı düşəndə yeni təkliflər gəlmir. Balansı artırdıqdan sonra təkliflər davam edir.

Qeydiyyat üçün ofisə getməliyəm?

Xeyr, bütün proses «Milli Sürücü» tətbiqindədir.

iPhone ilə işləyə bilərəm?

Bəli, «Milli Sürücü» həm App Store-da, həm Google Play-də var.

Hansı şəhərlərdə işləyirsiniz?

Bakı və Sumqayıt.

Nə qədər qazana bilərəm?

Qazanc səfərlərin sayından, məsafədən, vaxtdan və ərazidən asılıdır. Zəmanətli gəlir vəd etmirik.

Yoxlama nə qədər çəkir?

Dəqiq müddət vəd etmirik. Aydın və bütöv şəkillər yoxlamanı asanlaşdırır; nəticə tətbiqdə görünür.

Sənədin şəkli qəbul edilməsə nə etməliyəm?

Foto kəskin olmalı, sənəd bütöv və oxunaqlı olmalıdır (qısa tərəfi ən azı 600 piksel). Sənədi yenidən çəkib göndərin.

Avtomobili dəyişsəm nə olacaq?

Yeni avtomobil əməkdaş tərəfindən yoxlanılır. Taksi tarifi üçün yeni avtomobilə aid ayrıca Buraxılış kartı lazımdır.

İşi bitirmək üçün nə etməli?

Şəlterin altındakı «İşi bitir» düyməsini basın (Milli Sürücü 0.3.38 və yeni versiyalar): sizi xətdən çıxarır və geolokasiyanı dayandırır, hesabdan çıxarmır. Hesabdan çıxmaq üçün Profil → Hesab → «Hesabdan çıxış»; tətbiq xəbərdarlıq edir ki, sifarişlər gəlməyəcək.

Ayıq sürücü kimi işləmək olarmı?

Ayıq sürücü üçün avtomobil lazım deyil: sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və şəkil lazımdır, qərarı əməkdaş verir. Xidmət hər zaman aktiv olmaya bilər.

Qeydiyyat üçün sürücü səhifəsinə keçin.