Оригинал этого документа опубликован на азербайджанском языке.
Дополнения от 15.11.2026 (перевод с азербайджанского)
Автоматическое принятие условий. Устанавливая, открывая приложение, входя в него (регистрируясь или авторизуясь) либо пользуясь приложением, сайтом и услугами, вы подтверждаете, что прочитали настоящие Условия и Политику конфиденциальности, и автоматически принимаете их. Отдельная подпись или дополнительное подтверждение не требуются. Если вы не согласны, прекратите использование и удалите приложение.
Push-уведомления, служебные сообщения и рекламные рассылки. Принимая настоящие Условия, вы соглашаетесь получать от Milli Taksi push-уведомления, служебные сообщения, а также информационные и рекламные рассылки (акции, скидки, новости и предложения) через push, SMS, WhatsApp, электронную почту и сообщения в приложении.
От рекламных сообщений можно отказаться в любое время: в профиле приложения, в разделе «Milli mesajları və abunəliklər» (настройки уведомлений), либо отключив уведомления этого приложения в настройках телефона. Служебные сообщения о заказах, поездках и безопасности продолжают приходить. Выбор по каждому каналу, сделанный в приложении, определяет порядок фактической отправки сообщений по этому каналу; подробности - в разделе 10 Политики конфиденциальности.
Условия могут обновляться. Продолжение использования приложения или услуг после публикации новой редакции означает согласие с ней. Настоящая редакция действует с 15 ноября 2026 года.
Milli Taksi MMC · VÖEN: 1309160621 · Son yenilənmə: 15 noyabr 2026
1. Müqavilə münasibətləri
Bu İstifadə Şərtləri ("Şərtlər") Milli Taksi MMC ("Milli Taksi", "biz", "bizim") tərəfindən təqdim olunan mobil tətbiq, veb-sayt və digər rəqəmsal platformalar, eləcə də həmin platformalar vasitəsilə təqdim edilən taksi sifarişi xidmətlərindən ("Xidmətlər") istifadə qaydalarını müəyyən edir.
Xidmətlərdən istifadə etməzdən əvvəl bu Şərtləri diqqətlə oxumağınız xahiş olunur.
Milli Taksi tətbiqindən, veb-saytından və ya Xidmətlərdən istifadə etməyiniz bu Şərtləri qəbul etdiyiniz və onlarla razılaşdığınız anlamına gəlir.
Bu Şərtlərlə razı olmadığınız halda Xidmətlərdən istifadə etməməlisiniz.
Şərtlərin avtomatik qəbulu. Milli Taksi tətbiqini quraşdırmaqla, açmaqla, ona daxil olmaqla (qeydiyyatdan keçməklə və ya hesaba giriş etməklə) və ya tətbiqdən, veb-saytdan və Xidmətlərdən hər hansı şəkildə istifadə etməklə Siz bu Şərtləri və Məxfilik Siyasətini oxuduğunuzu təsdiq edir və onları avtomatik olaraq qəbul etmiş sayılırsınız. Ayrıca imza və ya əlavə təsdiq tələb olunmur.
Şərtlərlə və ya Məxfilik Siyasəti ilə razı deyilsinizsə, tətbiqdən, veb-saytdan və Xidmətlərdən istifadəni dayandırmalı və tətbiqi cihazınızdan silməlisiniz.
Milli Taksi qanunvericiliyə, xidmətlərin inkişafına və texniki imkanlara uyğun olaraq bu Şərtlərə dəyişikliklər edə bilər. Yenilənmiş Şərtlər dərc edildiyi tarixdən və ya sənəddə göstərilən digər tarixdən etibarən qüvvəyə minir.
Xidmətlərdən dəyişikliklərdən sonra istifadə etməyə davam etməyiniz yenilənmiş Şərtləri qəbul etdiyiniz kimi qiymətləndirilə bilər.
Şərtlər vaxtaşırı yenilənə bilər. Yenilənmiş redaksiya dərc edildikdən sonra tətbiqdən və ya Xidmətlərdən istifadəni davam etdirməyiniz yeni redaksiyanı qəbul etdiyiniz mənasına gəlir. Hazırkı redaksiya 15 noyabr 2026-cı il tarixindən qüvvədədir.
2. Xidmətlər
Milli Taksi sərnişinlərin taksi sifarişlərini elektron vasitələrlə qəbul etməyə və sifarişlərin müvafiq sürücülər tərəfindən yerinə yetirilməsinə imkan yaradan platforma və operator xidmətləri təqdim edir.
Xidmətlərə, tətbiq olunan funksiyalardan asılı olaraq aşağıdakılar daxil ola bilər:
- taksi sifarişinin yaradılması;
- götürülmə və təyinat məntəqələrinin müəyyən edilməsi;
- sifarişin statusunun izlənilməsi;
- sürücü və avtomobil barədə müvafiq məlumatların təqdim edilməsi;
- səfər məlumatlarının görüntülənməsi;
- müştəri dəstəyi ilə əlaqə;
- digər əlaqəli funksiyalar.
Milli Taksi ayrıca yazılı müqavilə ilə başqa qaydalar müəyyən edilmədiyi halda, Xidmətləri şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə etmək imkanı verir.
3. Tətbiqdən istifadə hüququ
Bu Şərtlərə əməl etdiyiniz müddətdə Milli Taksi sizə Xidmətlərdən istifadə etmək məqsədilə tətbiqdən və digər təqdim olunan rəqəmsal vasitələrdən şəxsi, məhdud, qeyri-eksklüziv və ötürülə bilməyən istifadə hüququ verir.
Bu hüquq sizə tətbiqin və ya Milli Taksi-nin digər intellektual mülkiyyət obyektlərinin mülkiyyətini vermir.
Milli Taksi tərəfindən açıq şəkildə təqdim edilməyən bütün hüquqlar Milli Taksi və ya müvafiq hüquq sahiblərində saxlanılır.
4. İstifadə ilə bağlı məhdudiyyətlər
İstifadəçi:
- tətbiqdən və ya veb-saytdan qanunsuz məqsədlərlə istifadə edə bilməz;
- tətbiqin proqram kodunu qanunsuz şəkildə əldə etməyə, dəyişdirməyə və ya təhlil etməyə cəhd edə bilməz;
- tətbiqin normal fəaliyyətinə müdaxilə edə bilməz;
- Milli Taksi-nin loqo, ad, dizayn, proqram təminatı və digər əqli mülkiyyət obyektlərindən icazəsiz istifadə edə bilməz;
- tətbiqə və ya onun sistemlərinə icazəsiz giriş əldə etməyə cəhd göstərə bilməz;
- Xidmətlərdən digər şəxslərə zərər vurmaq, saxtakarlıq etmək və ya qanunvericiliyi pozmaq məqsədilə istifadə edə bilməz;
- tətbiqin fəaliyyətinə həddindən artıq yük yaradan və ya onun işini ləngidən hər hansı fəaliyyət həyata keçirə bilməz.
5. Üçüncü tərəf xidmətləri
Xidmətlərin müəyyən funksiyaları üçüncü tərəflərin texniki, ödəniş, xəritə, kommunikasiya və digər xidmətlərindən istifadə edə bilər.
Belə xidmətlərdən istifadə zamanı həmin üçüncü tərəflərin öz istifadə şərtləri və məxfilik siyasətləri tətbiq oluna bilər.
Milli Taksi üçüncü tərəflərin xidmətlərinin fəaliyyətinə tam nəzarət etmədiyi hallarda onların texniki nasazlığı və ya fəaliyyətində yaranan problemlərə görə qanunvericiliklə nəzərdə tutulmayan məsuliyyət daşımır.
6. İstifadəçi hesabı
Xidmətlərin müəyyən funksiyalarından istifadə etmək üçün istifadəçinin şəxsi hesab yaratması tələb oluna bilər.
Qeydiyyat zamanı istifadəçidən xidmətin göstərilməsi üçün zəruri olan məlumatlar, o cümlədən ad, mobil telefon nömrəsi və digər müvafiq məlumatlar tələb oluna bilər.
İstifadəçi təqdim etdiyi məlumatların düzgün, tam və aktual olmasına görə məsuliyyət daşıyır.
İstifadəçi öz hesabının təhlükəsizliyini təmin etməli və hesab məlumatlarını üçüncü şəxslərə təqdim etməməlidir.
İstifadəçinin hesabından həyata keçirilən əməliyyatlarla bağlı, qanunvericiliyin və bu Şərtlərin tələbləri nəzərə alınmaqla, istifadəçi məsuliyyət daşıya bilər.
Milli Taksi saxta, yanlış, natamam və ya qanunvericiliyə zidd məlumatlardan istifadə edildiyini müəyyən etdiyi halda hesabı məhdudlaşdıra və ya dayandıra bilər.
7. İstifadəçi davranışı
İstifadəçi Xidmətlərdən istifadə edərkən:
- Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməlidir;
- sürücülərə və digər istifadəçilərə hörmətlə yanaşmalıdır;
- sürücünün və nəqliyyat vasitəsinin təhlükəsizliyinə xələl gətirə biləcək davranışlardan çəkinməlidir;
- nəqliyyat vasitəsinə qəsdən zərər vurmamalıdır;
- Xidmətlərdən saxtakarlıq və ya sui-istifadə məqsədilə istifadə etməməlidir;
- digər şəxslərin şəxsi məlumatlarını icazəsiz əldə etməyə və ya yaymağa cəhd etməməlidir.
Xidmətlərdən istifadə zamanı qanunsuz, təhlükəli və ya digər şəxslərin təhlükəsizliyinə təhdid yaradan əşyaların daşınması qadağandır.
8. Mesajlar və bildirişlər
Hesab yaratmaqla istifadəçi Milli Taksi-nin xidmətlərin göstərilməsi ilə əlaqədar SMS, elektron poçt, tətbiqdaxili bildiriş və digər elektron mesajlar göndərməsinə razılıq verir.
Bu bildirişlərə sifarişin təsdiqi, sürücünün sifarişə yaxınlaşması, səfərin statusu, təhlükəsizlik bildirişləri, hesab məlumatları və digər xidmətlə bağlı məlumatlar daxil ola bilər.
Reklam və marketinq xarakterli mesajların göndərilməsi tətbiq olunan qanunvericiliyin tələblərinə və müvafiq istifadəçi seçimlərinə uyğun həyata keçirilir.
Push bildirişlər, xidmət mesajları və reklam göndərişləri. Bu Şərtləri qəbul etməklə Siz Milli Taksi-nin Sizə push bildirişlər, xidmət mesajları, habelə informasiya və reklam xarakterli göndərişlər (aksiyalar, endirimlər, xəbərlər və təkliflər) göndərməsinə razılıq verirsiniz. Mesajlar push bildiriş, SMS, WhatsApp, elektron poçt və tətbiqdaxili mesaj vasitəsilə göndərilə bilər.
Reklam xarakterli mesajlardan istənilən vaxt imtina edə bilərsiniz: tətbiqin profilində «Milli mesajları və abunəliklər» bölməsində (bildiriş parametrlərində) müvafiq kanalı söndürməklə və ya telefonunuzun parametrlərində bu tətbiqin bildirişlərini bağlamaqla. İmtina etdikdən sonra reklam göndərişləri dayandırılır, sifarişlər, səfərlər və təhlükəsizliklə bağlı xidmət mesajları isə göndərilməyə davam edir.
Tətbiqdə hər kanal üzrə qeyd etdiyiniz seçim həmin kanal vasitəsilə mesajların faktiki göndərilməsi qaydasını müəyyən edir. Əlavə məlumat Məxfilik Siyasətinin 10-cu bölməsində verilib.
9. İnternet və cihazlardan istifadə
İstifadəçi Xidmətlərdən istifadə etmək üçün tələb olunan internet bağlantısını, mobil rabitəni və uyğun cihazı özü təmin edir.
Mobil operator və ya internet provayderi tərəfindən tətbiq edilən internet və rabitə xərcləri istifadəçinin məsuliyyətindədir.
İnternet bağlantısının keyfiyyəti, mobil şəbəkə, istifadəçinin cihazı və ya digər Milli Taksi-nin nəzarətindən kənar texniki səbəblər nəticəsində Xidmətlərdə gecikmə və ya müvəqqəti əlçatmazlıq yarana bilər.
10. Sifariş və ödəniş
Taksi sifarişi zamanı istifadəçiyə tətbiqdə və ya digər təqdim olunan interfeysdə səfərlə bağlı müvafiq məlumatlar göstərilə bilər.
Səfərin qiyməti sifariş zamanı tətbiqdə göstərilə və ya xidmətin şərtlərinə uyğun olaraq müəyyən edilə bilər.
İstifadəçi sifarişi təsdiqləməzdən əvvəl təqdim olunan məlumatları nəzərdən keçirməlidir.
Ödəniş üsulları Milli Taksi tərəfindən təqdim olunan imkanlardan və seçilmiş xidmətin xüsusiyyətlərindən asılıdır.
Elektron ödənişlər üçün üçüncü tərəf ödəniş xidmətlərindən istifadə edilə bilər. Bu halda ödənişin texniki emalı müvafiq ödəniş xidməti təminatçısının sistemləri vasitəsilə həyata keçirilə bilər.
Səfərlə bağlı ödəniş və digər maliyyə məlumatları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun emal edilir.
11. Sifarişin ləğvi
İstifadəçi sifarişi səfər başlamazdan əvvəl ləğv edə bilər.
Bəzi hallarda, o cümlədən sürücünün sifariş yerinə çatmasından və ya müəyyən müddətin keçməsindən sonra sifarişin ləğvi üçün əlavə ödəniş tətbiq oluna bilər.
Belə ödəniş tətbiq edildiyi halda onun məbləği və şərtləri istifadəçiyə mümkün olduğu qədər əvvəlcədən bildirilməlidir.
Milli Taksi texniki, təhlükəsizlik və ya digər əsaslı səbəblərlə sifarişi ləğv edə və ya onun icrasını dayandıra bilər.
12. Sürücü və nəqliyyat vasitəsi
Sifarişin icrası üçün istifadəçiyə müvafiq sürücü və nəqliyyat vasitəsi barədə məlumat təqdim edilə bilər.
Bu məlumatlara, xidmətin xüsusiyyətindən asılı olaraq aşağıdakılar daxil ola bilər:
- sürücünün adı;
- sürücünün fotoşəkili;
- avtomobilin markası və modeli;
- avtomobilin rəngi;
- dövlət qeydiyyat nişanı;
- digər sifarişin icrası üçün zəruri məlumatlar.
İstifadəçi səfərə başlamazdan əvvəl təqdim olunan məlumatların sifarişdə göstərilən sürücü və avtomobilə uyğunluğunu yoxlamalıdır.
13. Əmlaka vurulan zərər
İstifadəçi səfər zamanı nəqliyyat vasitəsinə və ya digər əmlaka qəsdən və ya qanunvericiliyə uyğun olaraq məsuliyyət yaradan şəkildə zərər vurduğu halda həmin zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət daşıya bilər.
Zərərin müəyyən edilməsi və ödənilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.
14. Xidmətlərin əlçatanlığı
Milli Taksi Xidmətlərin fasiləsiz və ya tamamilə xətasız işləyəcəyinə zəmanət vermir.
Texniki xidmət, proqram təminatının yenilənməsi, server problemləri, internet və rabitə nasazlıqları, fövqəladə hallar və Milli Taksi-nin ağlabatan nəzarətindən kənarda olan digər səbəblər Xidmətlərin müvəqqəti məhdudlaşdırılmasına səbəb ola bilər.
Milli Taksi xidmətlərin keyfiyyətini və funksionallığını yaxşılaşdırmaq məqsədilə istənilən funksiyanı dəyişə, dayandıra və ya yeniləyə bilər.
15. Məsuliyyətin məhdudlaşdırılması
Qanunvericiliyin yol verdiyi maksimum həddə Milli Taksi Xidmətlərdən istifadə nəticəsində yaranan dolayı, təsadüfi və ya nəticə etibarilə baş verən zərərlərə görə məsuliyyət daşımır.
Bu müddəalar istehlakçının qanunvericiliklə qorunan və məhdudlaşdırılması mümkün olmayan hüquqlarını aradan qaldırmır və ya məhdudlaşdırmır.
Milli Taksi-nin məsuliyyəti qanunvericilikdə məcburi şəkildə nəzərdə tutulan hallar istisna olmaqla, Xidmətlərdən istifadənin konkret şəraitindən və tətbiq olunan hüquq normalarından asılı olaraq müəyyən edilir.
16. Sürücü ilə sərnişin arasındakı münasibətlər
Milli Taksi sifarişlərin qəbul edilməsini, texniki platformanın fəaliyyətini və sifarişin müvafiq sürücüyə yönləndirilməsini təmin edir.
Sürücü ilə sərnişin arasında səfərin həyata keçirilməsi zamanı yaranan münasibətlərə tətbiq olunan qanunvericiliyin tələbləri şamil edilir.
Şikayət, mübahisə və ya insident baş verdikdə Milli Taksi məsələnin araşdırılması və həlli üçün sifariş, səfər və digər zəruri məlumatlardan istifadə edə bilər.
Qanunvericiliklə tələb olunan hallarda müvafiq məlumatlar səlahiyyətli dövlət orqanlarına təqdim edilə bilər.
17. İstifadəçinin məsuliyyəti
İstifadəçi bu Şərtləri pozduğu, Xidmətlərdən qanunsuz istifadə etdiyi və ya üçüncü şəxslərin hüquqlarını pozduğu halda qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyət daşıya bilər.
İstifadəçinin qanunsuz hərəkətləri nəticəsində Milli Taksi-yə və ya üçüncü şəxslərə zərər dəydikdə həmin zərərin ödənilməsi ilə bağlı məsələlər qanunvericiliyə uyğun həll edilir.
18. Əqli mülkiyyət
Milli Taksi-nin adı, loqosu, tətbiqi, veb-saytı, dizaynı, mətnləri, qrafik elementləri, proqram təminatı və digər materialları Milli Taksi-yə və ya müvafiq hüquq sahiblərinə məxsus ola bilər.
Bu materiallardan Milli Taksi-nin əvvəlcədən yazılı icazəsi olmadan kommersiya və ya digər qanunsuz məqsədlərlə istifadə edilə bilməz.
19. Müəllif hüquqları ilə bağlı müraciətlər
Milli Taksi-nin veb-saytında, tətbiqində və ya digər rəqəmsal xidmətlərində yerləşdirilən materiallarla bağlı müəllif hüquqlarının pozulması barədə əsaslandırılmış müraciətlər aşağıdakı əlaqə vasitələri ilə təqdim edilə bilər:
E-poçt: millitaksiofficial@gmail.com
Müraciətdə pozuntunun mahiyyəti və iddianı təsdiq edən məlumatların təqdim edilməsi xahiş olunur.
20. Şərtlərin dayandırılması
Milli Taksi qanunvericiliyin, bu Şərtlərin və ya təhlükəsizlik tələblərinin pozulması hallarında istifadəçinin Xidmətlərə çıxışını müvəqqəti məhdudlaşdıra və ya dayandıra bilər.
İstifadəçi də öz hesabından istifadəni dayandıra və Xidmətlərdən istifadəni istənilən vaxt dayandıra bilər.
Hesabın bağlanması və ya Xidmətlərdən istifadənin dayandırılması əvvəl yaranmış öhdəliklərin qüvvəsinə avtomatik olaraq xitam vermir.
21. Bildirişlər
Milli Taksi xidmətlərlə bağlı bildirişləri istifadəçinin hesabında göstərilən mobil telefon nömrəsinə, elektron poçt ünvanına, tətbiqdaxili bildiriş vasitəsilə və ya digər uyğun elektron rabitə vasitələri ilə göndərə bilər.
22. Qüvvədə olan qanunvericilik
Bu Şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tətbiq edilir.
Bu Şərtlərlə bağlı mübahisələrin həlli Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
23. Əlaqə
VÖEN: 1309160621